Avstraliyada meşə yanğınları nəzarətdən çıxdı

Globall.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumillikdə əyalətdə başlamış 111 yanğın davam edir və yanğınlardan 54-nə hələ də nəzarət etmək olmur. Yanğınların söndürülməsinə 2200-dən artıq yanğınsöndürən cəlb edilib.
Böyük parkların ərazisində də yanğınlar baş verir və çıxan duman küləyin təsiri ilə ətarfdakı şəhərlərə yayılır.
Qeyd edək ki, Avstraliyada noyabr ayından başlayan bu yanğınlarda 6 insan ölüb, 400 ev yanıb. Şiddətli yanğının tüstüsü Sidney şəhərindən də yan keçməyib və şəhəri duman basıb.
Oxunub: 487
Xəbəri paylaş
Paylaş: