Makron İsrail Baş naziri Bennettlə danışdı - “Casus böhranı” böyüyür
Məlumatı İsrail mediası yayıb.
Telefon danışığı zamanı E.Makron Bennettə “Pegasus” casus proqramı ilə bağlı narahatlığını dilə gətirib. Bennett isə öz növbəsində məsələnin araşdırılacağını və nəticələr barədə Makrona məlumat verəcəyini bildirib.
İsrail Baş naziri eyni zamanda, hadisənin ondan əvvəlki rəhbərlik zamanı baş verdiyini, hazırkı hökumətin məsələ ilə bağlı mediadan məlumat aldığını deyib.
Oxunub: 453
Xəbəri paylaş
Paylaş: