ABŞ, Avroittifaq və NATO talibləri dayanmağa çağırdı
Birləşmiş Ştatlar, Avropa İttifaqı və NATO Əfqanıstanda zorakılığın artmasından və «Taliban» radikal hərəkatının hücumlarından narahatdır və talibləri dayanmağa çağırır.
Bu barədə Amerika-Avropa birgə kommünikesində deyilir.
Kommünike cümə günü ABŞ, Aİ, NATO, Fransa, Almaniya, İtaliya, Norveç və Böyük Britaniya tərəfindən yayılıb.
Sənəd iyulun 22-də Romada bu ölkələrin xüsusi nümayəndələri və xüsusi səfirlərinin və beynəlxalq strukturların baş tutan görüşünün yekunları əsasında qəbul olunub.
«Biz, zorakılığın yüksək səviyyəsindən, «Taliban»ın hərbi hücumundan və insan haqları üzrə xəbər verdiymiz ciddi pozuntulardan dərin narahatlıq keçiririk» - mətndə deyilir.
«Biz, bütün tərəfləri zorakılığın səviyyəsini azaltmağa və mülki şəxsləri müdafiə etməyə, beynəlxalq humanitar hüquqlar çərçivəsində öz öhdəliklərinə hörmətlə yanaşmağa çağırırıq. Biz, «Taliban»ı öz hərbi hücumlarını dayandırmağa, hər iki tərəfi isə sülh prosesində mənalı iştiraka çağırırıq» - ABŞ, Aİ və NATO-da bəyan ediblər.
Bu zaman Roma görüşü iştirakçıları qeyd ediblər ki, Əfqanıstanda inklüziv sülh prosesini və üçüncü tərəfin vasitəçiliyini dəstəkləyirlər.