Müsəlman ölkəsi qarışdı - Prezidentdən radikal addım

Xarici KİV xəbər verir ki, Tunisin keçmiş prezidenti Munsif əl-Mərzuki hazırki dövlət başçısı Kais Səidin hökumətə qarşı addımlarını “çevriliş” adlandırıb.
Onun sözlərinə görə, Türkiyədə olduğu kimi, Tunis xalqı da bu çevrilişi uğursuzluğa düçar edə bilər. Keçmiş prezident xalqı ayağa qalxmağa çağırıb. Lakin onun çağırışlarından fərqli olaraq, sakinlər təhlükəsizliyi təmin etmək üçün şəhərlərə cəlb edilən hərbçiləri alqışlarla qarşılayıb.
Xatırladaq ki, Kais Səid gecə saatlarında yayımladığı görüntülü müraciətində parlamenti buraxdığını, millət vəkillərinin toxunulmazlığını ləğv etdiyini, parlamentin bütün səlahiyyətlərini dondurduğunu və Baş nazir Hişam əl-Məşişini postundan uzaqlaşdırdığını elan edib. Əlavə edək ki, uzun müddətdir Tunisdə aksiyalarla müşayət olunan sosial böhran və siyasi gərginlik hökm sürür.
Oxunub: 276
Xəbəri paylaş
Paylaş:





















