Zelenski orduya yeni baş komandan təyin etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Ruslan Xomçakı vəzifəsindən azad edib.
Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə açıqlamasında deyib.
“Ruslan Xomçak Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsindən gedir. Onun yerinə “Şimal” operativ komandanlığının rəhbəri Valeriy Zalujnıy təyin olunub”, - Nikiforov bildirib.
Oxunub: 292
Xəbəri paylaş
Paylaş: