Rusiya bu ölkə sərhədinə 1000 əsgər göndərir
Rusiya Tacikistanın Əfqanıstanla sərhədində gələn həftə keçiriləcək hərbi təlimlərə 1000 əsgər göndərəcək.
Bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsi məlumat yayıb.
Bildirilib ki, Talibanın Əfqanıstanda irəliləməsi səbəbindən 5-10 avqust tarixlərində Tacikistanın cənub sərhədində hərbi təlimlər keçiriləcək.
Özbəkistanın da qatılacağı ortaq təlimlərdə digər tərəflərin göndərdiyi əsgərlərlə birlikdə ümumilikdə 1500 əsgərin iştirakı gözlənilir.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: