Türkiyə İraqın şimalında terrorçuların 40-a yaxın mövqeyini məhv edib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Gara, Hakurk, Zap bölgələrində terrorçuların hədəflərinin məhvi üçün hava əməliyyatı həyata keçirib.
“TRT Haber” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri açıqlama yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində terrorçuların 40-a yaxın hədəfi məhv edilib.
Məlumata görə, bu terrorçuların bölgədəki varlığına ağır bir zərbədir.
Oxunub: 265
Xəbəri paylaş
Paylaş: