Qəddafinin oğlu Liviyanın bütövlüyü planlarından danışıb - "Burda həyat yoxdur"
Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəddafinin oğlu Saif əl-İslam bəyan edib ki, Liviyanın vahidliyinin bərpası onun planlarına daxildir.
Bu barədə o, «The New York Times» qəzetinə verdiyi müsahibədə danışıb.
«O, prezident seçkilərində iştirak edib-etməyəcəyini gizlədir, amma hesab edir ki, onun hərəkatı ölkənin itirilmiş vahidliyini bərpa edə bilər» - məqalədə təsdiqlənir.
Saif əl-İslam bildirib ki, müəyyən müddət üsyançıların əsirliyində olub, ancaq azad edilib, çünki üsyançılar hesab ediblər ki, o, müttəfiq kimi faydalı ola bilər. Onun sözlərinə görə, hazırda Liviya «diz üstə çökmüş» vəziyyətdədir.
«Nə pul, nə təhlükəsizlik. Burada həyat yoxdur. Yanacaqdoldurma məntəqəsinə get - benzin yoxdur. Biz, İtaliyaya neft və qaz ixrac edirik - biz, İtaliyanın yarısını işıqlandırırıq, burada isə bizim işıqlarımızı söndürüblər. Bu, səhvdən də böyükdür. Bu, iflasdır» - oğul Qəddafi bildirib.
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: