ABŞ-da koronavirusun Çin laboratoriyasından sızmasının sübutlarını təqdim etdi
ABŞ Nümayəndələr Palatasının və Respublikaçılar Partiyasının üzvləri koronavirusun Çin laboratoriyasından sızmasının sübutlarını təqdim ediblər. Bu məlumatı The Hill nəşri yayıb.
Bu koronavirusun mənşəyi ilə bağlı araşdırmanın üçüncü hissəsidir. Hesabat açıq mənbələrdən əldə edilən məlumatlar və sübutlar əsasında tərtib edilmişdir. Araşdırmalara görə, SARS-CoV-2, Vuhan Virologiya İnstitutundan sızma nəticəsində dünyaya yayıldı.
Respublikaçılar qeyd edir ki, bu səbəbdən ABŞ hakimiyyəti Çini məsuliyyətə cəlb etməlidir. Xüsusilə, Vuhan laboratoriyasının alimlərinə, eləcə də Çin Kommunist Partiyasının nümayəndələrinə qarşı sanksiya tətbiq edilməsini tələb edirlər.
Bəzi səhiyyə işçiləri, belə bir araşdırmanın COVID-19 pandemiyası ilə mübarizədə əhəmiyyətli bir addım olduğunu düşünür. Digər mütəxəssislər isə, koronavirusun mənşəyi ilə bağlı qəti nəticə çıxarmağın hələ tez olduğunu düşünürlər.
Mart ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri COVID-19-un yayılmasının mənbələrini öyrənmək üçün Vuhana səfər ediblər. Onlar belə bir qərara gəliblər ki, koronavirus pandemiyası böyük ehtimalla laboratoriyadan sızma nəticəsində başlamayıb. Bununla belə, iyul ayında ÜST rəhbəri Tedros Adanom Gebreyesus, təşkilatın laboratoriyaları yenidən yoxlamağı planlaşdırdığını açıqlayıb. Çin bu planı rədd edib.