Mehri gömrük işçilərinin rüşvət qalmaqalı -
İrandan oğrun metal daşıyıblar
Ermənistanda bir qrup gömrük əməkdaşının vəzifəsindən sui-istifadəsi ilə bağlı ilkin istintaqı başa çatıb.
Globall.az Ermənistan KIV-lərinə istinadən bildirir ki, Milli Təhlükəsizlik Xidməti (MTN) tərəfindən başladılan və Xüsusi İstintaq Xidməti (DTİ) tərəfindən araşdırılan cinayət işinin ilkin istintaqı zamanı Mehri gömrük məntəqəsinin vəzifəli şəxsləri tərəfindən rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, habelə vətəndaşlar tərəfindən külli miqdarda rüşvət alındığı üzə çıxıb.
Hesabata görə, "Dövlət Gəlirlər Komitəsinin (DGK) cənub gömrük idarəsinin Mehri Gömrük məntəqəsinin baş gömrük müfəttişi Armen Panyan 2020-ci ilin iyul ayında yaxın işçisi Baqrat Tumanyan vasitəsilə Suren Harutyunyanın təklifini qəbul edib.
Armen Panyan da öz növbəsində Mehri gömrük idarəsinin rəisi Hayk Melkumyan və eyni gömrük məntəqəsinin müfəttişi Rubik Margaryanla əlbir olaraq tranzit bəyannaməsi vermədən Suren Harutyunyanın gömrük məntəqəsi ərazisindən idxal etdiyi malların maneəsiz buraxılması prosesini təşkil ediblər.
Qeyd olunan cinayət planı çərçivəsində Suren Arutyunyan gömrük nəzarətindən yayınmaq üçün gömrük rəsmiləşdirilməsi prosedurlarını aşaraq İrandan Mehri gömrük məntəqəsi vasitəsilə 71,980 kq metal daşıyıb, bunun müqabilində gömrük əməkdaşlarına 100 milyon dramdan 1 milyon 510 min dramdək rüşvət verdiyi istintaq sənədlərindən məlum olub.
Nəticədə, Suren Arutyunyan məmurların icazəsi ilə 7.556.015 dram vergi, rüsum və ya digər məcburi ödənişlər ödəməyib ”, - Xüsusi İstintaq Xidmətindən bildiriblər.
Bir qrup gömrük əməkdaşı və qaçaqmaıçılıqla məşğul olan biznesmenlər, o cümlədən Armen Panyan, Baqrat Tumanyan, Suren Harutyunyan, Hayk Melkumyan, Rubik Margaryan, Samvel Hambarsumyan, Vahaqn Davtyan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunurlar.
Panyan və Tumanyan barəsində isə həbs qətimkan tədbiri seçilib.
İstintaq başa çatıb. Cinayət işi yekunlaşıb və iş məhkəməyə göndərilib.