44 GÜNLÜK MÜHARİBƏ: Ermənistan parlamentində məğlubyyətin səbəbləri araşdırılır

Globall.az yerli KİV-lərə istinadla xəbər verir ki, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan komissiyaya rəhbərlik yeni parlamentin ilk iclasının gündəmində olacaq.
Real müxalifətin fikrincə, bu komissiya Paşinyanı təmizə çıxarmaqla xalqın gözünə kül üfürməklə məşğul olacaq.
“Paşinyanı təmizə çıxarmaq və müharibənin məğlubiyyətinin məsuliyətini onun üzərindən götürmək üçün 44 günlük müharibəni araşdıran bir komissiya qurdular”,- bu sözləri “Hayastan” blokunun üzvü İşxan Saqatelyan “Azatutyun”-a bildirib.
O, hökumətin yaratdığı bu komisiyanın obyektivliyinə inanmadığını, yalnız Paşinyanın çiyinlərindəki yükü götürmək məqsədi daşıdığını qeyd edib. İşxan Saqatelyanın sözlərinə görə, bu, problemləri gizlətmək və başqa istiqamətə yönləndirmək məqsədi daşıyan bir addımdır: “Hökumət tərəfindən yaradılan komissiya hökumətin fəaliyyətini araşdıra bilməz”.
“Hayastan” blokunun lideri xatırladır ki, əvvəllər bir araşdırma komissiyası qurduqlarını da elan etmişdilər amma hakim fraksiya “Mülki Müqaviləyə”-yə uyğun müxalif qüvvələrin iştirakı ilə ona uyğun bir şəkildə qurulmasını istəyirdilər. Sadəcə qərəzsiz bir araşdırmanın təqlidini yaratmaq istəyirlər. “Onlar üçün vacib olan cəmiyyəti və insanları aldatmaq, yalanla bəsləmək və şoular düzəltməkdir”.
Hökumət nümayəndələri artıq yeni seçilmiş parlamentəki illk addımlarından birinin istintaq komissiyası yaradılması olacağını elan ediblər. Milli Məclisin reqlamentinə əsasən, Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsi tərəfindən yaradılmalıdır. Amma hökumət yönümlü millət vəkili Sisak Qabrilyan “Azatutyun”-a bildirib ki, tənzimləmələr haqqında qanunu İncil deyil, onu dəyişdirəcəklər və heyəti artıracaqlar ki, parlamentdənkənar qüvvələr olsun. Və parlament qüvvələri hələ də hökumətin təşəbbüsündə iştirak edib-etməmək barədə yekun qərar verməyiblər.
Yeni parlamentdəki ikinci qüvvə, “Ermənistan” bloku şərtlərə razı olduqları təqdirdə iştirak məsələsini müzakirə edəcəklər. Hökümətyönlü və müxalifət üzvlərinin komissiyada bərabər sayda olmasını, prezidentin müxalifətdən olmasını təklif edirlər. “Yəni düzgün araşdırma üçün müstəqil, təsirli bir qurum yaranmasa, bu işlər sadəcə ciddi olmayacaq.”
Müxalifətin “Mənim şərəfim var” bloku iştirak məsələsini hələ ki müzakirə etməyib - blokdan olan deputat deyib. Tiqran Abrahamyan deyib ki, "bu təşəbbüs Milli Məclisdə müzakirə olunanda mövqe bildirəcəklər. Amma bununla belə, o, hökumətin niyətinin müharibənin əsl problemlərini ortaya çıxarmaq fikrində olmadığını söyləyib: “Burada gizli məqam bir nömrəli günahkar və məğlubiyyətə şəxsən bais Nikol Paşinyandan fikri yayındırmaq istəyirlər. Hərbi və siyası xadimlər var, hansılar kı müharibədən sonrakı dövrdə, hökumətin onları ayrı-ayrılıqda hədəf almaq niyətində olduğu barədə olduqca sərt açıqlamalar veriblər."
”Tiqran Abrahamyan deyib ki, hökumət bu komissiya ilə bağlı ictimaiyyəti narahat edən suallara cavab vermək niyyətində deyil və bunun ən yaxşı nümunəsinin aprel komissiyası olduğunu xatırladır: "Çox səs-küy çıxdı, guya araşdırıldı, amma ortaya bir çey çıxmadı."
Abrahamyan vurğulayır ki, hesabat ictimaiyyətdən gizlədilib. Səlahiyyətlilər aprel istintaq komissiyasının əhəmiyyətli açıqlamalar verdiyini etiraf etdilər. Məsələn, İşxan Saqatelyan 4 günlük müharibədə mənfi rol oynayan Artak Davtyanın Nikol Paşinyanın açıqlamasından sonra vəzifəyə gətirildiyini xatırlayır. Eləcə də Andranik Koçaryanı Baş qərərgah rəisi təyin edirlər. Uzun sürən iclasdan sonra Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edilən Arşak Karapetyana müdafiə naziri vəzifəsi həvalə edilir.
“16 aprel müharibəsi zamanı hərəkətsizliyinə görə işdən qovulan şəxs - hansı ki, komissiya bunu təsdiq etmişdi, o, hazırda bu hökumətin simasıdır,”- İşxan Saqatelyan deyib.
Qeyd edək ki, komissiya rəhbərliyinin seçilməsi məsələsi yeni formalaşan parlamentin ilk iclasının gündəmində olacaq.
Sevinc KƏRİMOVA,
Globall.az
Oxunub: 436
Xəbəri paylaş
Paylaş: