Toyda 16 nəfəri ildırım vurub öldürdü
Banqladeşdə toy mərasiminin 16 iştirakçısını ildırım vurub.
Bu barədə polisə istinadən yerli “Daily Bangladesh” nəşri bildirib.
Məlumata görə, hadisə ölkənin şimalında Şibqanc dairəsində, mərasimin qonaqları Padma çayında qayıqda üzən zaman baş verib.
Polis bildirib ki, hadisə zamanı azı 6 nəfər xəsarət alıb. Onlar yerli xəstəxanalara çatdırılıblar.
Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir./modern.az
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: