Türkiyədə biri dəstə başçısı olmaqla PKK-nın 4 terrorçusu zərərsizləşdirilib
Türkiyə Daxili İşlər Nazirliyinin Mardində keçirdiyi “Eren-5” antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının axtarışda olan tanınmış liderlərindən biri - “Cilo” kod adlı Süleyman Öztürk məhv edilib.
“Haberturk” xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin yaydığı başqa bir məlumata görə, Vanda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın üç silahlısı zərərsizləşdirilib. Əməliyyat nəticəsində terrorçuların silah-sursatları da məhv edilib.
Oxunub: 264
Xəbəri paylaş
Paylaş: