Ərdoğan “S-400”ün istismar tarixini açıqladı
“Aprel ayından etibarən “S-400” zenit-raket kompleksi işə salınacaq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya keçmişdə həssas məsələlərdə verdiyi sözü yerinə yetirməyib, öhdəliklərinə əməl etməyib. Buna oxşar vəziyyət Liviyadan Suriyayadək olan bir ərazidə Türkiyənin təhlükəsizliyi yenə təhdid oluna bilərmi” sualına cavabında R.T.Ərdoğan deyib: “S-400” artıq bizim malımızdır. Onun bütün hissələri əlimizdədir. Apreldən artıq fəaliyyətə başlayacaq. Ancaq amerikalı məsul şəxslərə yenə söyləyirəm: “Əgər bizə “Patriot” versəniz, sizdən də “Patriot” alarıq”./report
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: