Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı vətəndaşlara müraciət edib
Bunu Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, ağırlaşmalar və ölüm faizi bir o qədər də azalar: “Vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır. Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır”.
Şöbə müdirinin sözlərinə görə, peyvənd olunan insanların müəyyən qismi virusa yoluxa bilərlər, amma xəstəliyi yüngül keçirəcəkləri artıq dünyada aparılan tədqiqatlarla sübuta yetirilib: “Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub.