ABŞ "Taliban"ın mövqelərini bombalayıb
Amerika Birləşmiş Ştatları (ABŞ) Əfqanıstanda “Taliban”ın irəliləməsinin qarşısının alınması məqsədilə “B-52” qırıcı təyyarələrdən istifadə edərək qruplaşmanın mövqelərini bombalayıb.
“Sputnik Afqanıstan” xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyi bildirib.
Bildirilib ki, “B-52” və “AC-130” qırıcı təyyarələri qruplaşmanın Qəndəhar, Herat və Leşgərgah şəhərləri ətrafındakı mövqelərini bombalayıb.
Məlumatda ABŞ, Böyük Britaniya və İsveçrənin vətəndaşlarına müraciət edərək Əfqanıstanı tərk etməyə çağırdıqları da qeyd edilib.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: