Yer kürəsinin fırlanması yavaşlayır -
Bu hansı dəyişikliklərə səbəb olur?
Yer kürəsinin fırlanması təxminən 4,5 milyard il əvvəl meydana gəlməsindən bu yana yavaşlayır. Yerin yavaşlaması zaman ölçüsündə nəzərə çarpmasa da, əhəmiyyətli dəyişikliklərə səbəb olur. Belə ki, nəticədə günlər uzanır. Bütün bunlar isə atmosferdəki oksigen miqdarını artırır. Sual yaranır ki, bəs bunlar necə baş verir?
Elm adamları bunu onunla izah edirlər ki, günlərin uzanması bəzi bakteriyaların daha çox oksigen istehsalına kömək edir. Araşdırmalar bu cür bakteriyaların 2 milyard il əvvəl həyatı davam etdirəcək qədər oksigen istehsal etdiyini göstərir.
Ay Yerdən yavaş-yavaş uzaqlaşdıqca planetimizin fırlanma sürətini nəzərəçarpacaq dərəcədə ləngidir.
Araşdırmalar göstərir ki, Yerdəki günlər hər əsrdə 1,8 millisaniyə uzanır. Məsələn; Təxminən 1.4 milyard il əvvəl günlər 18 saat idi.