ABŞ Türkiyəyə yanğınsöndürmə helikopterləri göndərir:
"Müttəfiqimizin yanındayıq..."
Vaşinqton 2 yanğınsöndürmə helikopteri ilə Türkiyənin meşə yanğınları ilə mübarizəsinə dəstək verəcək.
Bu barədə ABŞ-ın Ankaradakı səfirliyi rəsmi Tvitter hesabında məlumat yayıb.
“ABŞ-ın müttəfiqi və NATO üzvü olan Türkiyə COVİD-19-a qarşı mübarizənin əvvəlində kömək çağırışımıza şəxsi qoruyucu vasitələr göndərərək yardım etmişdi. İndi Türkiyənin bu jestinə qarşılıq verməkdən qürur duyuruq.
ABŞ-ın Avropa Komandanlığı vasitəsi ilə və Türkiyə hökuməti ilə birgə meşə yanğınlarının söndürülməsi səylərini dəstəkləyirik. ABŞ Türkiyənin meşə yanğını ilə mübarizəsinə kömək etmək üçün 2 ədəd CH-47 “Çinook” tipli yanğınsöndürmə helikopteri göndərir. NATO müttəfiqimizin yanındayıq”, - açıqlamada bildirilib.
Oxunub: 357
Xəbəri paylaş
Paylaş: