Roma papasına göndərilən məktubda güllələr tapılıb

İtaliyanın Milan şəhəri yaxınlığında poçt mərkəzində Roma papası I Fransiskə ünvanlanmış və içərisində üç güllə olan zərf aşkar edilib.
Zərfin içərisində, həmçinin Vatikanın maliyyə əməliyyatları ilə bağlı xəbərdarlıq yazısı yer alıb.
Zərf İtaliya polisi tərəfindən müsadirə olunub. Hazırda insidentlə bağlı araşdırma aparılır.
İlkin məlumatlara əsasən, məktub Fransadan göndərilib./trend
Oxunub: 280
Xəbəri paylaş
Paylaş: