“EuroHome” sahibindən şad xəbər:
Kompensasiya...
Globall.az xəbər verir ki, görüş zamanı sahibkarlara dəymiş ziyan ilə əlaqədar müzakirələr aparılıb.
“EuroHome” ticarət mərkəzinin sahibi, “AF Holdinq” şirkətlər qrupunun prezidenti, iş adamı Azay Möhnətov bəzi məqamlara aydınlıq gətirib. O bildirib ki, icarədarlar tezliklə müəyyən məkanlarda yerləşdiriləcək.
Yanğında zərər çəkmiş sahibkarlara kompensasiya verilməsi məsələsi haqda da danışan Azay Möhnətov bunları deyib:
“Biz kompensasiya əvəzində kirayədən pul almayacağıq. Adamları yerləşdirəcəyik, onlar da işləyib öz zərərlərini aradan qaldıracaqlar”.
Azay Möhnətov bildirib ki, obyektin sığortalanmaması haqda deyilənlər həqiqəti əks etdirmir:
“Sığorta olunub. Sığorta sənədləri də yanıb, biz indi o sənədlərin surətlərini əldə etməyə çalışırıq. Axşam bütün surətlər əlimizdə olacaq”.
A.Möhnətov həmçinin ticarət mərkəzinin təmir olunacağını və sahibkarlara əvvəlki şərtlərlə geri veriləcəyini də qeyd edib.