Səudiyyə Ərəbistanı Kiçik Həcc ziyarətinə İCAZƏ VERDİ
Səudiyyə Ərəbistanı koronavirus pandemiyasının başlanmasından bəri ilk dəfə Kiçik Həcc (Ümrə) ziyarəti üçün xarici ölkələrdən müraciətlər qəbul etməyə başlayıb.
Xarici KİV xəbər verir ki, Məkkədəki Qapalı məscidi və Mədinədəki Peyğəmbər məscidini yalnız Ərəbistan hökumətinin tanıdığı vaksinləri (Moderna, Johnson &Johnson, AstraZeneca və Pfizer/BioNTech) vurdurmuş şəxslər ziyarət edə biləcək.
Ümrə ziyarətini yerli sakinlər və xarici ölkə vətəndaşları da daxil olmaqla, ayda 2 milyon zəvvarın ziyarət edəcəyi gözlənilir.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: