Dünya əhalisinin sayı doğrudanmı 7 milyarddır?-
Bu mif sayı kim və niyə düşünüb? /VİDEO
Ekspertlər iddia edir ki, bu rəqəmin doğru olması üçün 1 qadın 5 uşaq dünyaya gətirməlidir
Bizə məlumdur ki, dünya əhalisinin sayı 7.5 milyardır. Bu həqiqətənmi belədir?
Gəlin, müasir demoqrafiyanın 5 faktoruna nəzər salaq - en dərin skeptikləri də inandıra bilmək üçün.
Rusiyada baş vermiş skandalın tarixini yada salaq. Globall.az xatırladır ki, 2010-cu ildə Mərkəzləşmiş Analitik Nigah Qeydiyatı idarəsinin əməkdaşı Yekaterina Ulitina 1 iyul –2010-cu il tarixinə Rusiya Federasiyası üzrə qeydə alınmış əhali sayının 89 654 325 nəfər olmasını dünyaya elan etdi. Dünya əhalisinin sayı haqqında demoqrafik məlumatı əks etdirən rəsmi hesabatlarda Rusiyanın 142 milyon əhalisi olması faktının saxta olduğunu sübut etmək üçün bəzi statistik məlumatları da göstərdi.
Yekaterina Ulitina hətta 2009-cu ilin statistikasını diqqətə çəkərək, ölənlərinin sayının 5 milyon, 2010-cu ilin yarısına olan məlumatda 4.600 milyon olduğunu bildirdi.
Bundan başqa, proqnozlara görə, 10-15 il ərzində Rusiya üzrə insanların ölüm sayının 40 miyon olduğu göstərilirdi. Yekaterina Ulitina bu barədə 2010-cu ildə danışdı və məlumatlar “Za russkoe delo” qəztində dərc edildi.
Bundan bir az sonra Yekaterina Ultina işdən çıxarılsa da, məlumatlarla bağlı hər hansı bir rəsmi orqan tərəfindən təkzib ortaya çıxmadı.
Amma bu məsələ müstəqil araşdırmaçıları və ekspertləri rahat buraxmadı.
Müstəqil ekspert və analitik Andrey Kursov bildirir ki, ciddi demoqraflar doğum, ölüm sayında və istehsal olunan məhsulların miqdarının və sayının müqayisəli təhlili zamanı əhalinin sayında şişirdilmiş rəqəmlərin ortaya çıxdığını deyir. Bununla bağlı konkter faktlar zaman-zaman gündəmə gətirildi, hətta Rusiyanın bir sıra əyalətlərindən (Voronej, Tula və s.) olan ölüm və doğum sayındakı şişirdilmiş rəqəmlər mətbuata yol tapdı.
İl ərzində bir rusiyalının yediyi tonlarla buğda məsələsi analitiklərə şübhəli gəldi.
Məsələ burasındadır ki, rəqəmlərdəki qarışıqlıq təkcə Rusiyada deyil. Dünyanın əhali sayı çöx olan Hindistan və Çinə də nəzər salaq. Buradakı əhali sayını düzgün və müqayisəli araşdırarkən məlum olur ki, dünya əhalisinin qeyd olunmuş rəqəmlərinə inansaq, onda bu ölkələrdə bir çinli qadının il ərzində 5 uşaq dünyaya gətirməsi gərəkir.
Vikipediyaya nəzər salıb, nümunə üçün Çinin 20 böyük şəhəri üzrə rəqəmləri araşdıraq.
Yarım milyard əhalinin qidalanması məsələsindən başlayıb ciddi rəqəmlərə gedib çıxmaq olar. Rəqəmlər üzrə araşdırmalar nəticəsində (istehsal və istehlak olunan qida məhsullarının miqdarına görə) əhali sayı 250 milyondan yuxarı qalxmır. Bəs qalan 250 milyon?
Hindistan üzrə də məsələ eynidir. Qida istehsalı və istehlakı ilə müqayisəli araşdırma apardıqda əhalinin 75 milyondan bir az çox olduğu ortaya çıxır. Buradan əhali sayının 200 milyon olması ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək olur. Statistik rəqəmlər üzərində işləyərkən əsasən əhali sayının çox oluğu böyük şəhərlərin götürülməsi əbəs deyil, çünkü bu ölkələr üzrə ən çox əhali şəhərlərdə toplaşıb.
Başlica qida növlərinin istehsalı, doğum və ölüm hallarının sayı ilə hesablandıqdan sonra təxminən dünya əhalisinin sayı 6 milyara ancaq çıxır.
Qalan 1 milyard say ilə oynamağın məqsədləri qaranlıq qalır.
Hazırda dünya əhalisinin qida tələbatının təmin edilməsi yönündə tədbirlər sirasında əhalinin məqsədli utilizasiyası və s. məslələrin mübahisə predmeti olması bu kimi ehtimalları daha da çoxaldır.
Hazırladı: Sevinc KƏRİMOVA,
GLOBALL.AZ