Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidmətinə başlayacaq-
Tarix açıqlanıb
Türkiyənin Müdafiə naziri Hulusi Akar Moskvada İdliblə bağlı əldə olunmuş razılaşma ilə bağlı açıqlama verib.
APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, martın 15-dən etibarən Suriyada M4 avtomobil yolunda Türkiyə və Rusiya hərbçiləri birgə patrul xidmətinə başlayacaqlar.
H.Akar qeyd edib ki, qarşıdakı həftənin əvvəlində Rusiya hərbi heyəti Ankaraya səfər edəcək.
Oxunub: 409
Xəbəri paylaş
Paylaş: