Nikol niyə belə açıqlama verir? -
“Azərbaycanın bir çıxış yolu qalır”
Bu sözləri siyasi ekspert Elman Vəliyev deyib.
"Nikol belə açıqlama verməklə hansı siyasi məqsədlərə nail olmaq istəyir" sualına gəlincə, o deyib ki, burada xüsusilə qeyd ediləsi bir neçə məsələ var:
"Rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə missiyalarına uyğun olmayan fəaliyyəti, erməni terrorçu dəstələrinin Ermənistan ərazisindən Qarabağa gətirilməsi həm 10 noyabr 2020-ci, həm də 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrin şərtlərinə tamamilə ziddir, eyni zamanda beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Ən qısa zamanda rus sülhməramlıları üçtərəfli bəyannamələrə uyğun olaraq öz missiyalarının düzgün icrasına qayıtmasa, Ermənistandan gətirdikləri terrorçuları, eləcə də ikinci Qarabağ müharibəsindən sonra qalmış erməni silahlı dəstələrinin Qarabağdab çıxarılmasını təmin etməsə, bundan əlavə, Laçın dəhlizində nəzarəti düzgün təşkil etməzsə, Azərabaycan üçün bir çıxış yolu qalır, bu da anti-terror əməliyyatlarıdır".
"Paşinyan belə halda dünyaya onu demək istəyir ki, mən Azərbaycana sülh çağırışları etməyimə baxmayaraq, Azərbaycan Qarabağda hərbi əməliyyatları başladıb, guya dinc erməni əhalisinə qarşı silah tətbiq etməyə çalışır. Təbii ki, terrorçu dəstələrin Qarabağda olmasını erməni əhalinin müdafiəçisi kimi dünyaya təqdim etməyə çalışacaqlar.
Hesab edirəm ki, Azərbaycan həm Ermənistanın, həm də ona dəstək verən Rusiyanın atdığı addımlardan xəbərdardır. Odur ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi həm Rusiyaya, həm Ermənistana açıq xəbərdarlıq edib. Rəsmi açıqlamada Ermənistan və Rusiya tərəfinin üçtərəfli razılığa əməl etmədiyi vurğulanıb.
Azərbaycan tərəfi danışıqlarla bağlı 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin 4-cü bəndinin şərtlərinə uyğun olaraq erməni silahlı terrorçularının rus sülhməranlılarının nəzarət etdiyi Qarabağ ərazisindən tamamilə çıxarılmasını ilkin şərt kimi qoya bilər. Bundan sonra danışıqlar barədə düşünmək mümkündür. Əks təqdirdə proseslər öz məcrasından çıxa bilər".