Türkiyədə sel nəticəsində həyatını itirənlərin sayı 70-ə çatıb
Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 70-ə yüksəlib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Kastamonuda 60, Sinopda 9, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 70 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir.
Oxunub: 385
Xəbəri paylaş
Paylaş: