Çində 6 mərtəbəli hotel çökdü
Çinin şərqindəki Futszyan əyalətində 6 mərtəbəli hotelin binası çöküb.
Bu barədə “Report” “Sinhua”ya istinadən xəbər verir.
Bu ana qədər 16 nəfər xilas edilib, ancaq dağıntılar altında neçə nəfərin qaldığı bilinmir. Hadisə yerli vaxtla 19:30-da Quançjou şəhərində baş verib. Çökən binanın birinci mərtəbəsində dükanlar və kafelər var. Hələlik ölən və ya yaralananlar barədə məlumat yoxdur. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Oxunub: 372
Xəbəri paylaş
Paylaş: