Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Sanna Marindən əvvəl Benazir Bhutto, Xalidə Ziya və Tansu Çillər… – FİNLANDİYANI QADIN CƏNNƏTİ SAYMAQ OLARMI?
  • İSLAM TƏSLİMİYYƏT KİMİ (esse) - İndi gələk Qurandakı o fikrə...
  • Anar: “Güneydəki qardaşlarımız Yerevanı ərzaqla təmin edir…”
  • Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı – 13 rəqəminin sirri

    • Tarix: 4-03-2020, 21:24

     
    Bu yazı menstruasiya üzərində qurulan bəzi mental, mifoloji, dini, fəlsəfi, elmi anlayış və təsəvvürlərdən bəhs edir.
    Qədimdən bu günədək dünya xalqlarının kulturasında ən ortaq nöqtələrdən biri qadın və Ay arasındakı ilahi, sirli bir bağın varlığına inamdır. Tarixi simvolizmdə heç bir astronomik cisim Ay qədər əhəmiyyətli yerdə dayanmayıb.
    Ayın – yaradıcı dişi prinsip kimi – qadınların hamilə qalmasında və uşaqların dünyaya gəlməsində məsuliyyət daşımasına inanılmışdır. Min illər boyunca qadınların hər ay təkrarlanan aybaşı olmalarına diqqət etməkləri – zaman anlayışının, sayların və riyaziyyatın meydana gəlməsində ciddi rol oynamışdır. Aybaşı müddətinin hesablanması, zamanın ilk tarixi ölçüsünü – ay təqvimini ortaya çıxartmışdır. Habelə, aybaşının nə zaman olacağını bilmək üçün Ay və ulduzların müşahidə edilməsi də astronomiyanın ərsəyə gəlməsinə ciddi təsir etmişdir.
    Həm qadının aybaşı müddəti, həm də ayın dövr etmə müddəti 28 gündür. Bu isə ildə 13 ay edir. İndi də 13 aylıq ay təqvimindən istifadə edən ölkələr var. Müsəlmanlara aid hicri təqvimi Ayın yerin başına dolanması ilə hesablanır.
    12 aylıq günəş təqvimi ilk dəfə misirlilər (sumerlilər yazan da var) tərəfindən başlanmış, ardınca romalılar, yunanlar tərəfindən inkişaf etdirilmiş, indiki miladi təqviminə qədər yol qət etmişdir. Çox tez patriarxallaşmış olan bu xalqların kulturasında əvvəlki 13 aylıq ay təqviminə nifrət və qorxu yaratmaq üçün 13 rəqəmi uğursuz, nəhs elan edilir; feminin izlər daşıdığına görə. Bu yanaşma indiyədək qalır, məsələn, hələ də 13 rəqəmini uğursuz sayan sərnişinlərin ucbatından, bəzi təyyarə şirkətləri təyyarə oturacaqlarının sıralarında 13 nömrəsindən istifadə etmirlər. Oturacaq yeri sıralamasında 12-dən sonra 14 gəlir.
    Matriarxallığın digər mirasları kimi ay təqvimi də eyni taleyi yaşayır; ya uğursuz, şər adlandırılıb rədd edilir (xristianlıqda günəş təqviminə keçid kimi), ya da bütünlüklə forması dəyişdirilib mənimsənilir (islamdakı hicri təqvimi kimi).
    Menstruasiya – latın dilində Ayı nəzərdə tutan “mensis” sözündən yaranıb, “Ay dəyişməsi” deməkdir. Alman kəndliləri hələ də menstruasiya mənasında “Mond”, yəni “Ay” sözünü işlədirlər. Yaxud, fransızlar aybaşı dövrünə “le moment de la lune”, yəni “Ay anı” deyirlər. Etimoloqlar Hind-Avropa dillərində Ay demək olan “mensis”, “mond”, “monat” və s. sözlərinin polineziya sözü olan “mana” sözündən törədildiyini deyir. Mana – hələ də bəzi kulturalarda qadınları menstruasiya edən fövqəladə güç sayılır.
    Bir çox hallarda Ay tanrılarının adı ilə göydəki Ayın adı eyni olurdu; məsələn, skandinaviyalılar Aya və onun qadın cinsindəki tanrısına Mani, yunanlar Selene, romalılar Luna deyilirdi. Rus dilində indi də Ay – “luna” adlanır. Ay – türk xalqlarının mifologiyasında xüsusi olaraq doğum və bərəkətlə əlaqələndirilən iki ana-tanrı – Umay və Ayısıtın da təməl simvollarından biri olmuşdur və onların adlarında bir hissə kimi iştirak edir. Qədim türkcədə “ay” – həm də yaradıcı, yaradan demək idi.
    Bizim dilimizdə də “ay” iki şeyə deyilir: 1) 30-31 günlük zaman vahidinə; 2) astronomik cismə.

    Ayın üç fazası

    Bir zamanlar Ayın üç dövrünü – 1) təzə Ay, hilal, 2) yarım Ay, 3) bədirlənmiş Ay – əks etdirən üç üzlü qadın-tanrılara səcdə edilirdi: Hilal – tanrının qız (bakirə) dövrünü, yarım Ay – ana dövrünü, bütöv Ay yaşlı, qarı dövrünü ifadə edir. Qadın-tanrıların üç dünyanı – yer üzünü, yer üstünü (göy) və yer altını təmsil etmələri təsəvvürü Ayın üç fazası düşüncəsinə yaxındır. (Sonralar göy üzü ilahiləşdirilib kişi tanrılara verildi, yer altı və yer üzü də neqativləşdirilib qadın tanrılara aid edildi.)
    İslama qədər ərəblərin sitayiş etdikləri üç əsas qadın-tanrı – Lat, Mənat, Uzza da Ayın üç fazası ideyasından doğulub. Quranda adları çəkilən bu tanrılar baş allah Hubelin qızları idi. Hubelin simvolu Hilal idi.
    Ayın üç fazasını əks etdirən Anadolu mənşəli, daha qədim tanrı üç üzlü Hekatenin xristianlığa qədər çox hörmətli statusu vardı.

    O, təkcə Ayı və Ayın üç dövrünü deyil, həm də qaranlığı, gizli, sirli, batini, qeybanə bilikləri təmsil edirdi. (Yüz illər sonra, alman araşdırmaçılarının yazdığı kimi, filosof İ.Kant “Xalis ağlın tənqidi” əsərində hiss üzvləri vasitəsilə qavranılan “fenomen” anlayışına qarşı – “bilinməyən”, “dərk olunmayan” demək olan “noumen” anlayışından istifadə edəcək. “Noumen” sözü – qədim yunan sözü olan “nou menon”dən gəlir, mənası “yeni Ay”, “hilal” deməkdir.) Qaranlıq yeraltı dünya da Hekateyə aid olduğuna görə, onun başqa bir simvolu, Misir ana-tanrısı İsisdə olduğu kimi, cənnət qapısının açarı idi. 

    Hekatenin müqəddəs heyvanı, gecələr aya baxıb ulayan dişi qurd (türk mifologiyasında Asena) sonralar yunan mifologiyasında neqativ məna qazanaraq yeraltı dünyanın, yaxud Ölülər ölkəsinin qarovulçusu üç başlı itə – Herberə çevrilir. 

    Yeri gəlmişkən, yunan mifologiyasında şairlərə ilham verən muzalar da başlanğıcda üç olub və etimologlara görə, “muza” sözü, Ay demək olan “mens” sözündən törənib.
    Ana-tanrının üç sifəti ideyası xristianlıqda maskulinləşərək üçlü birlik, yaxud üçləmə (başqa adları belədir: üç üqnum, teslis, Trinität, trimurti və s.) dünyagörüşünə dönür: 1) ata, 2) oğul, 3) müqəddəs ruh. 

    Vaxtilə ana-tanrılara təqdim edilən ən qədim qanlı qurban növü və mərasim içkisi – aybaşı qanı isə “İsanın qanı”na çevrilir. Xristianlıqda xüsusi ayin olan Evkaristiada indi də “İsanın qanı” imiş kimi qırmızı şərab içilir. Aybaşı qanının mənbəyi olan ana bətnini simvollaşdıran “müqəddəs kasa” da xristianlıq tərəfindən mənimsənilir.

    Yenidəndoğum dairəsi və “dairəvi zaman” anlayışı

    Təkcə içi qanla dolu kasalar deyil, qazanlar da ana bətninin simvoludur. Avropanın qədim sakinləri keltlər, içərisi ana-tanrılara kəsilən qurbanların qanı ilə doldurulan belə qazanlara ”yenidəndoğum qazanları” deyirdilər (M.D. Mascetti). Qədim Anadoluda və Yunanıstanda kəsilən qurbanların qanını dərin, dairəvi bir çuxura tökürdülər, çuxurun içində din adamları həmin qanla yuyunur, “yenidən doğulurdular”. (Bu ayinin ilkin mif forması Hind mifologiyasında görülür: Tanrılar ana-tanrı Kalinin aybaşı qanında yuyunmaqla günahlarından təmizlənib sanki yenidən doğulurlar.) Avstraliya yerliləri, Wapiti və Muldalı qadınlar indi də bərabər mərkəzli dairə çızır, onun ortasında çuxur qazır, bu çuxurun içini qanla doldururlar. Bu proses qadınların menstruasiya vəziyyətini təmisl edir. Vaxtilə belə mərasimləri qədim Anadolu və yunan qadınları da keçiriblər.
    Qədim dünyada ana tanrılara həm də, həyat və ölüm üzərində güc yiyəsi sayılmalarından ötrü sitayiş edilirdi. Yaradıcı və yoxedici qütbləri ilə qadın (sonralar bu keyfiyyət monoteist dinlərin kişi kimi təsəvvür edilən allahına yükləndi) zamanla eyiləşdirilirdi. Yenidəndoğum (reinkarnasiya), yəni, …doğuluş-ölüm-doğuluş-ölüm… dairəsinə inamın meydana gəlişində, qadınların vaxtaşırı təkrarlanan menstruasiyaları təkanverici rol oynamışdır: “Dairəvi tarix (zaman) anlayışı”, yəni, zamanın bir çarx, təkər kimi daim təkrarlanan təsəvvür edilməsi, gedib-geri qayıdışı, fırlanışı, zamanın və məkanın (dünyanın) qadın kimi düşünülməsi və s. yuxarıda deyilənlərlə bağlıdır. “Dövr” sözü həm zaman, vaxt, həm də dönmə, dövrə vurmaq mənası bildirir. Qədim sumercədə təkər sözünə “qirqir”/“tigir” deyilirdi. Fikrimizcə, bu söz bizim dildə “təkər”, ərəbcədə “təkrar” (takrar – geri gəlmə, yenilənmə), hindcədə “çakra” (çarx, təkər), Avesta dilində “çaxra”, farscada “çarx”, ya da “çərx”, habelə, qədim nənələrimizin yun əyirmək üçün istifadə etdikləri “cəhrə” (bir çox xalqların miflərində ömrün ölçüsü, yəni uzunluğu, ana-tanrıların həmin cəhrədə toxuduğu iplə hesablanırdı), zaman mənasında işlədilən “dövr”, “dövrə”, həmçinin “çevrə”, “dairə” (ç-d keçidi və v-au keçidi bir çox dillərdə var) və s. kimi sözlər eyni məntiqlə və eyni kökdən yaranıb. “Zaman çarxı”, “çərxi-fələk”, “fələyin çarxı” da bu deyilənlərlə əlaqədardır. Yeri gəlmişkən, ərəbcədən dilimizə keçən “fələk” sözü də çarx, cəhrə deməkdir. Bu söz aramicə carx, cəhrə demək olan “peleka”dan gəlir. Daha qədim variantı akkad dilindədir: “palaku” – dönmə, fırlanma, dövr etmə deməkdir.
    Qədim sumercədəki qir-qir/tigir sözü, bu gün arxaikləşmiş sözlərdən biri olan “kirkirə” sözümüzdə də qalıb. Zamanın hər şeyi dən kimi üyütməsi və dairəvi olması təsəvvürü, ilk dən üyüdən əl dəyirmanı olan “kirkirə” sözündə görünür. Kirkirə – üst-üstə qoyulmuş iki daş təkərin ya da fırfıranın (fikrimizcə fırfıra və kirkirə elə eyni sözdür) fırlanması ilə un əldə etməkdir. Maraqlıdır ki, qədim yunan mifologiyasında sehrbaz, habelə, yaradıcı-yoxedici qadın arxetipi sayılan tanrı Kirkenin adının mənası da, kirkirə sözünün mənası kimi dairə, ya da çevrə deməkdir. O, cəhrədə ip toxuyaraq təsəvvür edilir. Mifologiyda toxuculuq dünyanın və zamanın yaradılışı ilə bağlı güclü bir metofora sayılır: Dünya zamanın və qəzavü-qədərin ipliklərində fasiləsiz toxunur. Kirke motivinin başqa bir maraqlı cəhəti, öz aybaşı qanını damcılatdığı sehrli içkilərlə kişiləri özünə aşiq etməsidir. Bu metodun hazırda da cadu-pitikdə işlək olması bilinir.

    Oruc, istirahət günü və aybaşı

    Qədim insanlar qadınların, xüsusilə gənc qızların menstruasiya dövrünü müqəddəs dönüş, yenilənmə kimi bayram edirdilər. Belə zamanlarda qadınların ilahi və magik gücə sahib olduqları düşünülür, onlardan uzaq gəzərdilər. Bu, sonralar cinsi pəhriz ideyasını meydana gətirdi. Ümumiyyətlə, orucun tarixi və bir vaxtlar dünyanın hər yerində keçirilən aybaşı ilə bağlı bayramlar arasında sıx əlaqə var. Sumeroloq M.H. Çığ yazır ki, Sumer dinində Ay kultu xüsusi bir yerə malilk idi. Ayın 15 günlük olduğu, habelə, göy üzündə göründüyü və görünmədiyi günlərdə mərasimlər keçirilir, bu zaman bəzi yeməklər yeyilmirdi. Oruc tutmaq və cinsi münasibətlərdən uzaq durmaq bir-biri ilə əlaqəli idi. Bu təsəvvürlər islam dininin ortaya çıxdığı zamana qədər gəldi və islamiyyətə daxil oldu. Məsələn, islamiyyətdə hələ də oruc, həcc və bayramlar Ayın görünüşünə görə nizamlanır. Hədislərin birində Məhəmməd peyğəmbər deyir: “Allah hilalı insanlar üçün zaman ölçüsü edib. Ona görə də hilalı görən kimi oruca başlayın, onu təkrar görəndə isə bayram edin.” Oruc zamanı aybaşılı qadınlardan uzaq durulması tələbi də, kökü Sumerə gedib çıxan cinsi pəhriz ideyasından doğur. İslam dininin simvolunun hilal olması, islam aləmində Ay kultu – bu yazı ilə birbaşa bağlı olsa da, ayrı bir söhbətin mövzusudur deyə, üzərində çox dayanmırıq.
    (Yeri gəımişkən, xristianlıqda da Ayın xüsusi yeri var, İsadan sonra müqəddəs fiqur sayılan Məryəmə “Kilsənin Ayı, “bizim Ayımız”, “müqəddəs Ay” və s. deyə xitab edilir.)
    Yəhudilərdə Sabbatu, ya da Sabbat – istrirahət günü – Babil ilahələrinin menstruasiya olduqları gün deməkdir. Həmin günlər tabu zamanı olduğuna görə işləmək qadağan idi (Shutle / Redgrove). İndi də yəhudilərin istirahət günü sabbat günüdür və bu gün bütünlüklə maskulin bir din olan iudaizm pərdəsinə bürünüb və fərqli mənalandırılıb: guya allah dünyanı altı günə yaradarkən yorulub, həmin gün – Şabbat günü istirahət edir.

    Zaman ölçülərinin femininliyi

    Təkcə il ölçüsü (ay təqvimi), zaman ölçüləri feminin məna daşımır, ümumiyyətlə bir çox ölçü vahidlərinin də kökü feminindir.
    Qədim yunancada ana bətni mənasında üç söz vardı: “hustera”, “delphus” və “metra”. “Metra” həm də analıq orqanını və uşaqlıq yolunu ifadə edirdi. Shuttle / Redgrove yazır ki, uşaqlığın, yəni ana bətninin bir aylıq periodu – “metra” zaman ölçüsü kimi də işlədilirdi. “Metra” sonralar bir çox ölçü vahidlərini və anlayışlarını meydana gətirdi: “metr”, “parametr”, “perimetr”, “diametr” (“millimetr”, “santimetr” və s. A.İ). O cümlədən ölçü mənası verən bəzi sözlər də menstruasiyanın ölçülüb hesablanması ilə bağlıdır; məsələn, etimoloqlara görə almancadakı bu sözlər də “mens”, “men”, “Mond” yəni Ay sözündən törənib: “Messung”, “Aufmessung” (ölçü), “Mensur” (diapazon), “messen”, “ Vermessung” (ölçmək), Dimension (ölçü) və s.
    Fikrimizcə, bizim dildə də zamanı ifadə edən bir çox sözlər ana, ana bətni, analıq orqanı demək olan sözlərlə eyni etimoloji kökə malikdir. Məsələn, ön, əvvəl demək olan “qabaq” sözü. Kökü Sumerə qədər gedib çıxan bu söz – “gəbə” (hamilə), “qopmaq” (Dədə Qorqutda doğulmaq mənasında işlədilir – “bir ər qopdu”), “göbək” və s. sözlərin kökü eynidir. Əvvəl, qabaq mənasında işlətdiyimiz “başlanğıc”, “başlanmaq”, “başlamaq” sözləri də feminindir: doğuluş prosesində uşağın qabaqca başı gəlir. Uşaq öz ömür başlanğıcını, başını anasının bətnindən çıxarmasıyla başlayır. Yaxud, axır, qurtaracaq mənasında “son”, “sonra” sözləri. Bu sözlər də doğumla bağlıdır. Bilindiyi kimi, uşaq doğulduqdan sonra onun “son”u, yəni, ana bətnində ikən içində böyüdüyü plazentası gəlir.
    Ya da, kiçik zaman kəsiyi olan “an” sözünün “ana” sözü ilə qohumluğu göz önündədir.
    John A. Halloranın Sumer leksikonu kitabında ud // öd sözünün mənalarından birinin zaman, mövsüm, vaxt olduğu göstərilir. Qədim türklər də zamana ut // öt deyiblər. Bu söz bizdə “ötmək” feli kimi qalıb, məsələn, “ötən günlər”, “zamanın ötməsi”, yəni, keçməsi və s. deməkdir. Öt // ut // ög həm də qədim sumercədə ana bətninə və analıq orqanına deyilirdi. Bu söz türk dillərində ana bətni mənasında “utaqan”, “udayqan” sözünün yaranmasında iştirak edib. Öt sözünə bəzi türk ağızlarında öy deyilir. Öy // ög söz kökü bizdə analıq demək olan “ögey ana” və anasız uşaq demək olan “öksüz” sözündə qalıb.
    Uyğur və altay türkləri zamana, epoxaya – “öy”, yakut türkləri isə zamana, müddətə, əbədiyyətədə “üyə” deyirlər. Bu söz kökü bizdə hazırda günün müəyyən vaxtını bilidir: “öynə”, Türkiyə türkcəsində “öylən” və s.
    Sumerəcən gedib çıxan, arxetipik söz kökü ur//ir//ır//ər də feminindir. Bu söz kökündən qadınlıq orqanı, qadın, ana bətni və s. kimi bir çox sözlər törəyib: urqud, uraqut, uravat, arvad və s. Türk dillərində zamanla bağlı çoxlu sözlər bu söz kökü ilə bağlıdır: “ir” (sübh tezdən), “ertə”, “erkən” və s. Yaxud, ölçü mənasında işlədilən “orta”. H.Vamberinin lüğətindən məlum olur ki, bir sıra türk dillərində “or” sözü zamanı ölçən saat deməkdir. Olduqca maraqlıdır ki, “or” sözü saat mənasında almancada “Uhr”, ingiliscədə “hour” kimi səslənir.

    Oxunub: 859
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.