Trampın qatıldığı konfransın iştirakçısında koronavirus tapıldı
ABŞ Prezidenti Donald Trampın və ölkənin vitse-prezidenti Mayk Pensin qatıldıqları “mühafizəkar konfransı”nda iştirak edənlərdən birində yeni növ koronavirus (COVID-19) aşkar edilib.
Bu barədə RİA Novosti xəbər yayıb.
Bildirilir ki, həmin şəxs Tramp və Pens ilə ünsiyyətdə olmayıb, həmçinin əsas zaldakı tədbirlərdə iştirak etməyib.
“Tramp administrasiyası vəziyyətdən xəbərdardır və biz müntəzəm olaraq bütün zəruri dövlət rəsmiləri ilə əlaqələri davam etdirəcəyik”, - deyə konfransın təşkilatçıları tərəfindən yayılan məlumatda bildirilib.
Qeyd edək ki, konfrans Vaşinqtonun yaxınlığında fevralın sonlarında keçirilib. ABŞ lideri tədbirin yekun günündə çıxış edib.
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: