"Taliban" Əfqanıstanın keçmiş hökumət üzvlərinə amnistiya elan edib
Kabil, ƏfqanıstanƏfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının nümayəndələri keçmiş dövlət məmurları üçün ümumi amnistiya elan edib və dövlət qurumlarında işlərini əvvəlki qayda ilə davam edilmələri barədə onlara müraciət ünvanlayıb.
Bu barədə Rusiya mətbuatı "Taliban"ın yaydığı bəyanata istinadən məlumat verib.
"Hamı üçün ümumi əfv elan edildi, buna görə də tam əminliklə adi həyatınıza qayıtmalısınız ”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, "Taliban" yaraqlıları 15 avqustda döyüşsüz Kabilə daxil oldub və bir neçə saat ərzində Əfqanıstanın paytaxtı üzərində tam olaraq nəzarəti ələ keçiriblər. Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün istefa verərək ölkəni tərk edib.
Qərb ölkələri Əfqanıstandakı vətəndaşlarını və səfirlik işçilərini təxliyə edir.
Paytaxtı ələ keçirən "Taliban" ilk olaraq Kabul Universitetini və Təhsil Nazirliyinin binasını ələ keçirib. Onlar dərhal qadınlara işləmək və təhsil almaq hüququ veriləcəklərini vəd etsələr də, bazar ertəsi günü paytaxt məktəblərini və universitetlərin əksəriyyəti bağlayıblar.