Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.
65 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Şamil Məmmədov ilə qarşılaşıb.
İlk xalı Bayramov qazansa da, yekunda 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, 57 kq-dakı Nurəddin Novruzov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Assiljan Yessengeldiyə 6:12 hesabı ilə məğlub olaraq, medalsız qalıb.
Oxunub: 415
Xəbəri paylaş
Paylaş: