ABŞ səfirliyində Əfqanıstan vətəndaşlarının pasportları məhv edilib

Bu barədə CNN telekanalı xəbər yayıb.
Konqresmen Endi Kimin ofisindən kanala bildirilib ki, ABŞ səfirliyində viza qəbulları dayandırılıb. Bununla əlaqədar olaraq diplomatik missiyada olan pasportlar məhv edilib.
Bu addımın sənəd sahiblərinin “Taliban”ın qurbanı olmaması üçün atıldığı güman edilir.
Konqresmen Tom Malinovski öz növbəsində qeyd edib ki, indi ABŞ hakimiyyəti pasportu olmayan insanları fərqli bir şəkildə, məsələn, telefon nömrələri ilə yoxlamalı olacaq.
“Bir çox hallarda onların əlaqə məlumatlarını, telefon nömrələrini bilirik və elə buna əsasən onları müəyyən etməli olacağıq”, - deyə o bildirib.
Oxunub: 157
Xəbəri paylaş
Paylaş:




















