Əfqanıstan ordusu Tacikistanla sərhəddəki rayonları "Taliban"dan geri alıb
Əfqanıstan Silahlı Qüvvələri və yerli özünümüdafiə dəstələri “Taliban” qruplaşmasının silahlılarını ölkənin Taciksitanla sərhəddə yerləşən Bədəxşan əyalətinin rayonlarından çıxarıblar.
“Sputnik Əfqanıstan” xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində “Taliban”ın 32 silahlısı ölüb, 14-ü yaralanıb. Məlumata görə, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat nəticəsində qruplaşmanın 4 avtomobili, silah və sursat məhv edilib./report
Oxunub: 474
Xəbəri paylaş
Paylaş: