NATO XİN başçılarının fövqəladə iclası çağırılıb
NATO ölkələrinin xarici işlər nazirləri Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.
APA-nın xəbərinə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq "Twitter"də bildirib.
"Yaxın koordinasiyamızı davam etdirmək və Əfqanıstanla bağlı ortaq yanaşmamızı müzakirə etmək üçün avqustun 20-də NATO xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırmışam", - deyə NATO baş katibi qeyd edib.
Toplantı video-konfrans formatında baş tutacaq.
Oxunub: 441
Xəbəri paylaş
Paylaş: