Vaksin ala bilməyən ölkələr böyük faciə ilə üz-üzə
Koronavirusa qarşı vaksinlərin 75 faizi 10 ölkəyə gedir. Bu, ədalətsizlikdir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, vaksinlərin ədalətsiz bölgüsü insanlıq adına utancvericidir.
ÜST rəhbəri, həmçinin qeyd edib ki, "Delta" ştammının yayılmasına qarşı mübarizədə Strateji Hazırlıq və Müdaxilə Planı həyata keçirilir. Lakin planın icrası üçün təcili olaraq 1 milyard dollar vəsati lazımdır.
"Zəngin ölkələr doza planlarını müvəqqəti təxirə salmalıdırlar. Dünyada mövcud olan vaksinlərin 75 faizi 10 ölkəyə gedir və aşağı gəlirli ölkələrdə əhalinin sadəcə 2 faizi peyvənd oluna bilir. Peyvənd bölgüsündə ədalətsizlik insanlıq üçün utancvericidir", - Qebreyesus qeyd edib.
Oxunub: 338
Xəbəri paylaş
Paylaş: