Rusiya müdafiə nazirinin müavini:
"Taliban" özünü qanuniləşdirməlidir"
Andrey Kartapolov"Taliban" özünü qanuniləşdirməli və gec-tez Əfqanıstanın qanuni hökuməti kimi təqdim etməlidir".
"İnterfax"-ın məlumatına görə, bunu Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolov bildirib.
A.Kartapolov qeyd edib ki, hazırda Əfqanıstanda vəziyyət diqqətlə izlənilir, təhlükəli heç nə yoxdur.
"Bizim Əfqanıstanla kifayət qədər normal münasibətlərimiz olub. 1989-cu ildə oranı tərk edəndən sonra da yerli əhali arasında özümüz haqqında kifayət qədər yaxşı iz qoyduq", - nazir müavini əlavə edib.
Oxunub: 264
Xəbəri paylaş
Paylaş: