Gürcüstanda koronavirus : son sutkada 3 803 nəfər yoluxub, 48 nəfər ölüb

Gürcüstanda son sutkada daha 3 803 nəfərə koronavirus diaqnozu qoyulub, virusun aşkarlandığı 48 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 514 744-ə, ölənlərin sayı isə 6 771-ə çatıb.
Ötən 24 saat ərzində 5 332, ümumilikdə 448 288 nəfər sağalıb.
Aktiv xəstə sayı 59 659 nəfərdir.
Oxunub: 195
Xəbəri paylaş
Paylaş: