Haitidə zəlzələ qurbanlarının sayı 2 207 nəfərə çatıb
Haitidə zəlzələ zamanı ölənlərin sayı artıb.
Bu barədə “RİA Novosti” xəbər verir.
Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 2 207 nəfərə çatıb. Təbii hadisə zamanı 12 mindən çox insan yaralanıb, 100 mindən çox ev dağılıb.
Qeyd edək ki, zəlzələ avqustun 14-də Haiti adasının qərbində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. YUNİSEF-in məlumatına görə, təbii fəlakət 1,2 milyon insana ziyan vurub, onlardan 540 mini uşaqdır.
Oxunub: 364
Xəbəri paylaş
Paylaş: