“Bakıda türkmən təmsilçilərin olması vacibdir” -
İraq deputatı
“Azərbaycanda türkmən təmsilçilərinin olması bizim üçün çox vacibdir”.
Bunu müsahibəsində İraq türkmənlərinin Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf deyib.
Parlamentdə İraq Türkmən Cəbhəsini (ITC) təmsil edən deputat Azərbaycanla əməkdaşlığın onlar üçün önəmli olduğunu söyləyib:
“Bakıda İraq türkmənlərinin ofisi mütləq olmalıdır. Bu, həmçinin Türk dünyasının daha da yaxınlaşmasını təmin edəcək. Bundan əlavə, Bakıda hansısa dərnək də ola bilər. Belə bir addım aramızdakı bağları daha da gücləndirəcək”,- deyə o bildirib.
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: