Səfirlik əfqanların Bakıdakı aksiyasından xəbərsiz olub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, 40 nəfər miqrant icazəsiz aksiya keçirməyə cəhd edib. Onun sözlərinə görə, aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər.
Aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb.
Əfqanıstanın Azərbaycandakı səfirliyindən isə bildirilib ki, onlarda aksiya barədə məlumat olmayıb:
“Bununla bağlı səfirliyə heç bir müraciət olunmayıb. Biz də məlumatı mətbuatdan aldıq. Azərbaycanda olan Əfqanıstan vətəndaşları səfirliyə sadəcə sənədlərin qaydaya salınması ilə bağlı müraciət ediblər”.