Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Füzuli hava limanının tikintisi davam edir - FOTOLAR
  • Prezident İlham Əliyev Füzuli rayonunda hava limanının təməlini qoyub
  • Füzuli şəhəri uğrunda şiddətli döyüşlər gedir - DÜŞMƏN BÜTÜN CƏBHƏ BOYU AĞIR İTKİLƏR VERİR
  • AZAL: Füzuli aeroportunda ilk sınaq uçuşu sentyabrın 5-də keçiriləcək
  • "Türk Hava Yolları" İstanbuldan Gəncəyə birbaşa uçuşlara başlayır
  • TÜRKİYƏ F-16-ları BU HAVA LİMANLARINA ENƏCƏK - Füzuli aeroportunun sürətli inşasının daha bir sirri

    • Tarix: 24-08-2021, 13:18



    “Ora təkcə F-16-lar deyil, ağır tonnajlı hərbi yük təyyarələri də enəcək”

    Son 28 ildə ilk dəfə Füzuli və Cəbrayıl rayonlarının işğal tarixini geniş şəkildə qeyd etmədik, çünki artıq Qarabağın digər əraziləri kimi, bu yaşayış məntəqələri də düşməndən azad edilib. Üstəlik, Müzəffər Ordumuzun böyük zəfərindən keçən müddət ərzində Qarabağın yenidən qurulması istiqamətində nəhəng layihələr həyata keçirilməkdədir.

    Füzuli Beynəlxalq Hava Limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılması istiqamətində görülən işlər də hər bir Azərbaycan vətəndaşı tərəfindən sevinclə qarşılandı. 

    “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin yaydığı məlumata görə, 20-25 avqust tarixlərində Füzuli Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.
    Xüsusi hərbi təyyarənin sınaq uçuşlarını uğurla həyata keçirərək, Füzuli Hava Limanının eniş-uçuş zolağına enməsi səhnəsi isə qürurvericidir. Özü də sınaq uçuşlarının məhz bu ərəfədə, Füzulinin işğal olunduğu tarixdə həyata keçirilməsinin də rəmzi mənası var, bu faktın özü erməni işğalına, vandalizminə növbəti mükəmməl cavabdır!

    Keçən ilin bu vaxtı çoxumuzun ağlına gəlməzdi. Amma bu, bir reallıqdır, yayılmış kadrları təkrar-təkrar seyr etməyə dəyər: Füzulidə yeni tikilib istifadəyə verilmiş hava limanının pistinə ilk təyyarə endi... Gözəl mənzərədir. 

    Özü də Qarabağda 3 hava limanı - Füzuli, Zəngilan və Laçında - tikilib istifadəyə veriləcək ki, bu faktın özü dövlətimizin qüdrətini nümayiş etdirir. Bu hava limanları Qarabağın qarantı, işğaldan azad edilmiş və yaxın gələcəkdə ediləcək (!) ərazilərin təhlükəsizliyinin ən ciddi təminatçısıdır. 

    Bu, müasir hava limanlarının daha çox hərbi aerodrom kimi fəaliyyət göstərəcəkləri şübhəsizdir. Bunu Prezident İlham Əliyev bugünlərdə Laçında olarkən də açıq şəkildə söylədi. Dövlət başçısı bildirdi ki, Füzuli, Zəngilan və Laçın aeroportları daha çox hərbi təyinatlı olacaq. Bu, nə deməkdir?

    Yəni Vətən Müharibəsində Azərbaycanda olması ilə düşmən üçün göz dağına çevrilən, bizlərin üzə ürəyini qürurlandıran qardaş Türkiyənin F-16 tipli müasir qırıcıları vaxtaşırı yeni inşa olunaraq istifadəyə veriləcək bu aeroportlara eniş-qalxış etmək imkanı qazanacaq. Məntiqlə Türkiyədən havaya qalxan hərbi yük təyyarələri Lənkəran, Qəbələ, Zirə, Gəncə və s. aeroportlara deyil, birbaşa Qarabağdakı hava limanlarına enəcək.
    Azərbaycana 3-cü ölkədən hərbi aqressiya olarsa - hazırkı reallıqda heç inandırıcı görünmür - bu hava limanları o hücumların dəf edilməsində böyük rol oynaya bilər.



    Qarabağda tikilən hava limanları Azərbaycanda Türkiyə hərbi bazasının olması ilə bağlı fikirləri də arxa plana keçirə bilər. Yəni ki, düşmənlə üzbəüz bölgələrimizdəki bu üç hava limanı Türkiyə qırıcılarının qısa müddətdə qardaş ölkədən uçuşlar edib, ölkəmizdə bərqərar olması üçün əlavə imkanlar yaradır. 
    Bu isə Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsinin müvafiq maddəalərinin həyata keçirilməsi üçün unikal imkan yaradacaq! Belə olan təqdirdə hərbi bazaya o qədər də zərurət duyulmayacaq.

    Təsəvvür edin, Ermənistanda Azərbaycan Ordusunun Qafan aeroportunu “ovuc içi” kimi öz nəzarətindən saxladığı barədə ajiotaj yaşandığı halda, Azərbaycan düşmənin “gözünün içində”, “qulağının dibində” müasir hava limanları inşa edir, özü də qısa müddətdə. Artıq onların birincisinin tam istifadəyə verilməsi, sadəcə, gün məsələsidir.
    Bir müddət öncə Füzulidə jurnalistlərə açıqlamasında Azərbaycan Hava Yolları QSC-nin (AZAL) nümayəndəsi Valeh Əmiraslanov demişdi ki, Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.


    Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 14-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə bölgəyə səfəri zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoymuşdu.

    “Eniş-uçuş zolağı artıq hazır olan Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirilib. Hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə həyata keçirilən uçuşlar avqustun 20-da başlayıb və bu həftənin çərşənbə günü tamamlanacaq”.

    Bu fikirlər isə Füzuli rayonunu Milli Məclisdə təmsil edən deputat Vüqar Bayramova məxsusdur. Millət vəkili qeyd edib ki, Füzuli Aeroportu regionda ən qısa zamanda inşa edilən Beynəlxalq Hava Limanlarından biridir: “Bu ilin əvvəlində inşaatına başlayan hava limanında artıq gələn ay ilk uçuşları həyata keçirmək mümkün olacaq. Hava limanına bu ilin may ayında səfər edəndə işlərin intensivliyini müşahidə etmişdik.
    Bu ilin may ayında sadəcə torpaq sahələrindən ibarət olan ərazi artıq eniş-uçuş zolağına çevrilib. Cəmi 4 aya yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub.
    Qeyd edim ki, hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək”.


    Deputat xatırladıb ki,1993-cü ilin bu günü Füzuli şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunaraq 27 il işğal altında saxlanıldı: “Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 2020-ci il oktyabrın 17-də işğaldan azad olunan Füzuli rayonu artıq bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Və tezliklə Qarabağ səmasında havaya qalxan təyyarələr beynəlxalq uçuşlar həyata keçirəcəklər".

    Düşmənin mənasız müqavimətinə və uğursuz dirənişlərinə baxmayaraq, açılacağı şübhə doğurmayan Zəngəzur dəhlizinə yaxın ərazidə Füzuli və Zəngilan hava limanının açılması həm bölgə üçün böyük perspektivlər vəd edir, həm turizm potensialına töhfəsi qaçılmazdır, həm də regional əməkdaşlıq üçün fürsətlər yaradır.
    Azərbaycan 6-lıq formatında əməkdaşlıq təklif edib və hətta cinayətlərinə rəğmən Ermənistanın da bu formatda iştirakını təklif edib. Lakin Azərbaycanın uğurlarına xor baxan, ona qarşı hər hansı məkrli niyyətlərlə çıxış etmək istəyən qüvvələr və dövlətlər üçün bu hava limanlarının imkanlarından məqsədəmüvafiq istifadə olunacaq, buna kimsənin şübhəsi olmasın.

    Bu ilin mayında Türkiyə cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Şuşanı ziyarət edərkən Azərbaycan Prezidenti İlham Əliyev dostu-qardaşını Füzulidə qarşılamışdı. Bu zaman hər iki prezident yolüstü Füzuli hava limanına da baxış keçirmişdilər. Heç şübhəsiz ki, Müttəfiqlik haqqında Bəyannamənin imzalanmasına gedən yolun üzərindəki hava limanına keçirilən baxış təsadüfi deyildi. O zaman belə fikirlər var idi ki, Şuşada imzalanan sazişin ardınca Türkiyənin Azərbaycanda - Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər. 

    Qeyd edək ki, R.T.Ərdoğan hələ səfərdən öncə imzalanacaq müqaviləni “Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırmışdı. Şuşaya isə təkcə Zəfər yolu aparmır, bunu bir neçə gün əvvəl Azərbaycan Prezidenti də Laçında beynəlxalq hava limanının təməlini qoyarkən bəyan etdi.
    Dövlət başçısının dediklərini bir daha xatırlayaq: “Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir.

    Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq”.

    Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Qarabağda və ətraf rayonlarda bu il və gələn il istifadəyə veriləcək aeroportların Azərbaycan və region üçün hansı mühüm əhəmiyyət daşıdığını bizlər daha aydın şəkildə görəcək, hiss edəcəyik: “Bu, yüz ölçülüb, bir biçilən məsələlərdən biri və bəlkə də birincidir. Şəxsi düşüncəmə görə, bu ideyanı verən və onu reallaşdıran hər kəsə xüsusi təşəkkürlər düşür.
    Bu, o deməkdir ki, Qarabağda yaxın illərdə Azərbaycanın nəzarəti alıtında geniş iqtisadi və siyasi, həmçinin hərbi siyasi proseslər həyata keçiriləcək və bizim yaxın 90-cı illərdə rast gəldiyimiz bədnam qonşularımızın ərazi iddiaları bir daha təkrarlanmayacaq, bu prosesdə ölkəmiz tək olmayacaq, qardaş Türkiyə, eləcə də Pakistan, həmçinin digər müttəfiq dövlətlər yanımızda olacaqlar”.

    Hərbi ekspert Qarabağdakı hava limanlarının hərbi təyinatını istisna etmir: “Bəli, o aeroportların həm hərbi, həm də iqtisadi məqsədlər üçün istifadəsi birmənalıdır! Keçmiş SSRİ zamanında bu işləri görmək mükün idimi? Mümkün idi. Sadəcə, o zamanlar bunu bilərəkdən etməyənlər başa düşürdülər ki, bu tip aeroportların o ərazilərdə olması gələcəkdə uzaqgedən məqsədlər üçün istifadə edilə bilər. 

    Gec oldu, amma güc olacaq. O aeroportlar elə səviyyədə qurulur ki, ora F-16 müasir hərbi təyyarələr də rahat enib-qalxa bilsinlər. Biz bunu heç vaxt gizlətməmişik və gizlətmirik. Ora təkcə F-16-lar deyil, ağır tonnajlı hərbi yük təyyarələri də enəcək. Bütün məsələlər nəzərə alınıb. Mütəxəssislər bu amili də nəzərə alıblar”.



    Polkovnik Cəfərov hesab edir ki, həm Füzulidə, həm də yaxın vaxtlarda Qarabağın digər ərazilərində istifadəyə veriləcək aeroportlar bölgənin inkişafından əlavə, regionun əmin-amanlığında, sabitliyində mühüm rol oynayacaq: “Başqa onlarla müsbət elementlər də sadalamaq olar. Amma uzun müddət erməni və havadarlarının işğalı altında olmuş bölgənin tez bir zamanda dirçəldilməsində o aeroportların rolunu biz yaxın 2-3 ilə daha yaxşı görəcəyik.
    Azərbaycanla bağlı bəzi xülyalar və ərazi iddialarına düşmək istəyən qüvvələr də yəqin ki, ciddi düşünməli olacaqlar. Azərbaycan və yaxın müttəfiqlərinin yaxın illərdə bölgədə məskunlaşdıracağı müasir təyyarə və digər hərbi təyinatlı avadanlıqlar üçün bu aeroportların əhəmiyyətini təsəvvür etmək çətin deyil. Bir sözlə, mən o aeroportların bölgədə çox önəmli rol oynayacağını düşünürəm”.

    Qeyd edək ki, 2020-ci ilin 17 oktyabrında Ermənistanın işğalçı qüvvələrindən azad olunan Füzuli şəhərində vaxtilə yerli əhəmiyyətli də olsa, hava limanı olub. Həmin hava limanının uçuş zolağı da 1600 metr idi. Amma bu hava limanı da bütün şəhər kimi işğal dövründə xarabalığa çevrilib. Yeni limanda tikinti ilə yanaşı minalardan təmizləmə işi paralel aparılıb. İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal “AARDVARK” modelli mexanizm alınıb və əraziyə gətirilib.
    Aeroportun tikintisində müasir texnologiyalardan istifadə edilib. Ermənistan Füzuli ərazisindəki mina xəritələrini təqdim etsə də, onların yalnız 25 faizi təsdiqini tapıb, bu da əlavə çətinliklər yaradıb. Amma Azərbaycan yenə də qarşıya qoyulan hədəfə çatıb. Belə ki, 2021-ci ilin yazından sonra tikintidə 24 saatlıq iş rejiminin təşkil edilməsi nəticəsində dövlət başçısının qarşıya qoyduğu tapşırıq vaxtında icra edilib./musavat.com

    Oxunub: 396
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.