Alim Qasımovun kürəkəni həbs edilib -
soyğunçuluqda ittiham olunur
Fərqanə Qasımova və Elnur Mövlanov
Report-un əldə etdiyi məlumata görə, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.
Bu gün məhkəmənin baxış iclası keçirilib. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.
Növbəti iclas sentyabrın 30-a təyin olunub.