Təxliyə müddəti uzadılmayacaq - “Taliban” ABŞ-a xəbərdarlıq etdi
“Taliban” sözçüsü Suheyl Şahin deyib ki, 31 avqust tarixindən sonra xarici qüvvələrin Əfqanıstandan təxliyə edilməsinə icazə verilməyəcək.
“Taliban”, bu qərara əməl olunmasa, hətta ABŞ-ı fəsadlarla üzləşəcəyi barədə xəbərdar edib.
BBC-nin verdiyi məlumata görə, Suheyl Şahin 31 avqustun qırmızı xətt olduğunu söyləyib. O deyib ki, Prezident C.Bayden bu tarixə qədər əsgərlərin çıxarılacağını bildirib və bu müddətin uzadılması Əfqanıstanın işğalını genişləndirmək deməkdir.
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: