Rusiya özünün və başqa ölkələrin vətəndaşlarının Əfqanıstandan təxliyəsinə başlayıb
“İnterfaks” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirib.
"Avqustun 25-də Rusiya Federasiyası prezidenti Vladimir Putinin tapşırığı ilə Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Əfqanıstan İslam Respublikası ərazisindən hərbi-nəqliyyat aviasiyasının təyyarələr ilə Rusiya Federasiyasının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin (Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan) və Ukraynanın 500-dən çox vətəndaşının təxliyəsi təşkil edilib", - xəbərdə deyilir.
Müdafiə Nazirliyində bildiriblər ki, Şoyqu təxliyənin həyata keçirilməsi üçün hərbi-nəqliyyat aviasiyasının 4-cü təyyarəsindən ibarət aviasiya qrupu yaradıb. Aviasiya qrupu qısa müddətdə Ulyanovsk aerodromunda cəmlənib.
"Hər bir hərbi nəqliyyat təyyarəsində, uçuş zamanı təxliyə edilmiş Rusiya və digər ölkələrin vətəndaşlarına tibbi yardım və dəstək göstərmək üçün zəruri tibbi avadanlıq və dərmanlarla təchiz edilmiş hərbi həkimlərdən ibarət tibb işçiləri var", - deyə nazirlikdən bildirilib.