“Taliban”dan əfqan qadınları ilə bağlı qərar:
Evdən çıxmasınlar...
Xarici KİV xəbər verir ki, bunu paytaxt Kabildə “Taliban"ın sözçüsü Zabihullah Mücahid deyib.
"Bəziləri ümumiyyətlə qadınlarla necə danışmaq lazım olduğunu bilmir. Bu qərarımız qadınların pis hadisələrlə rastlaşmasını əngəlləmək üçündür”.
“Taliban” həmçinin əfqanların Kabil hava limanına getməsinə icazə verilməyəcəyini açıqlayıb. Buna səbəb kimi müşahidə olunan xaosu göstərib.
ABŞ-ın insanları hava limanına yönləndirdiyini bildirən Mücahid deyib ki, amerikallardan tələb edirlər ki, əfqanları ölkəni tərk etməyə cəsarətləndirməsin: “Bu insanların istedadlarına ehtiyacımız var”.