MKİ-nin direktoru “Taliban” lideri ilə gizli görüş keçirib -
KİV
Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsinin (ABŞ MKİ) direktoru Uilyam Berns «Taliaban»ın başçısı Abdul Qəni Bəradərlə ötən bazar ertəsi Kabildə gizli görüş keçirib. Bu barədə avqustun 24-də «Washington Post» qəzeti xəbər verib.
Amerika xarici kəşfiyyat başçısının əfqan taliblərin lideri ilə konfidensial təması barədə nəşrə ABŞ rəsmi şəxslərindən məlum olub - onlar anonimlik şərti ilə danışıblar.
Görüşün təfərrüatı barədə xəbər verilmir, ancaq onun keçirilməsi barədəki ehtimal növbəti dəfə Əfqanıstanda Birləşmiş Ştatları sarmış problemin kəskinliyini göstərir, hər şeydən əvvəl isə Kabildən davam edən təxliyə əməliyyatları ilə bağlı prolemləri ortaya qoyur.
Mümkündür ki, Uilyam Berns və Abdul Qəni Bəradər arasında görüşün başlıca mövzularından biri də Vaşinqtonun bundan əvvəl Əfqanıstandan şərtləşdirilmiş son təxliyə reyslərinin vaxtının (31 avqust) uzadılması məsələsi olub. Xəbər verildiyi kimi, ABŞ Prezidenti Co Bayden avqustun 22-də işarə vurub ki, ABŞ ordusu Kabildə bundan sonra da qala və «ağır və ağrılı təxliyə» prosesini müşahidə edə bilər.