“Dünyada hər kritik məsələdə söz sahibiyik”- Ərdoğan
“Artıq heç kimin, heç bir gücün ölkəmizə, millətimizə, gənclərimizə itkilər verdirməsinə imkan verməyəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
“Dünən öz sərhədləri içərisində varlıq-yoxluq mübarizəsi aparan bir ölkədən bu gün bölgədə və dünyada hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”.
Ərdoğan çıxışı zamanı Malazgirt döyüşündə həyatını itirənləri yad edib: “Millətimizə Anadolunun qapılarını açan böyük zəfərin 950-ci ildönümündə bu torpaqların vətənimiz olmasına və bu şəkildə qalmasına görə gözlərini qırpmadan canlarını ortaya qoyan bütün şəhidlərimizi, qazilərimizi, qəhrəmanlarımızı rəhmətlə, şükranla yad edirəm”.

Oxunub: 205
Xəbəri paylaş
Paylaş: