"Yeni ştamm "Delta" ştammından daha ölümcül olacaq"- Professor Sey Reddi

İmmunoloq professor Sey Reddi "Covid-22" adlandırdığı yeni ştammın delta ştammından daha ölümcül olacağını açıqlayıb. Professor bununla bağlı İsveçrənin "Blick" saytına müsahibəsində bildirib.
Həkim 2022-ci ildə "böyük bir risk" yarada biləcək yeni bir ştammın meydana gələcəyi ilə bağlı xəbərdarlıq edib.Reddi müsahibədə qeyd edib ki, Covid-22 hazırda şahidi olduğumuz ştammlardan daha pis olacaq. Həkim hazırda tüğyan edən delta varyantını isə Covid-21 adlandırıb.
Reddi həmçinin bildirib ki, belə bir ştammın meydana gələcəyi mümkün olduqca tez müəyyən edilməli və vaksin istehsal edənlər yeni ştamma qarşı müqaviməti güclü vaksinlər barədə düşünməlidir.
Böyük Britaniya alimləri isə gələcəkdə mutant ştammın ortaya çıxa biləcəyini açıqlamışdı. Onların fikrincə, Beta varyantının daha yoluxucu Alfa, Gamma və ya Delta varyantları ilə birləşməsi halında dünyaya yayılacaq yeni ştamm, bütün vaksinlərə qarşı müqavimətli olacaq.
"Rekombinasiya" adı ilə tanınan bu dövr isə artan ölüm səviyyəsinə görə, dünyada səhiyyə sistemlərini çətin vəziyyətə salacaq.
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: