“Kabildəki partlayışı ABŞ törədib”- “Taliban” ittiham etdi

Kabildə sonuncu partlayışlar ABŞ-ın Silahlı Qüvvələri tərəfindən öz avadanlıqlarının məhv edilməsi məqsədi ilə həyata keçirilib.
Bu barədə “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid deyib. Onun sözlərinə görə, əhali üçün bu təhlükəli deyil.
“Bu gün axşam Kabil hava limanı ərazisində partlayış səsləri eşidildi. Bu partlayışlar ABŞ-ın hərbçiləri tərəfindən öz avadanlıqlarının məhv edilməsi məqsədi ilə həyata keçirilmişdir. Kabil əhalisi bununla bağlı narahat olmamalıdır”, - Mühacid öz Twitter səhifəsində yazıb.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: