"Ermənistanda deputatların iclas zalına telefonla girməsi yasaqlanacaq"-
KİV
Ermənistanda parlamentin iclas zalına deputatların mobil telefonlarla daxil olmasının qadağan edilməsi planlaşdırılır.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Bildirilir ki, bu ideya iqtidar fraksiyasının deputatları tərəfindən irəli sürülüb. Buna səbəb isə Ermənistan parlamentində baş vermiş son qarşıdurmalar göstərilir.
Bu yolla parlamentdəki mənfi hadisələrin ictimaiyyətə çıxmasının qarşısı alına bilər.
Qeyd edək ki, 24-25 avqust tarixlərində Ermənistan parlamentində 3 əlbəyaxa dava olub, parlamentarilər bir-birinə butulka atıb.
Xatırladaq ki, Ermənistan parlamentində jurnalistlərin fəaliyyətini qismən məhdudlaşdıran dəyişikliklər də qəbul olunmuşdu.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: