Kabildə törədilən partlayışda həlak olanların sayı 170-ə çatdı
Əfqanıstanın paytaxtı Kabildə törədilən bombalı hücumlarda ölənlərin sayının 170 -ə yüksəlib.
Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının üzvləri ilə keçirdiyi mətbuat konfransında açıqlayıb. Ölkə başçısı İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən hücumlarda həyatını itirənlərdən 13 -nün ABŞ əsgəri olduğunu deyib.
Qeyd edək ki, “Taliban” Əfqanıstanda idarəçiliyi ələ keçirdikdən sonra, terror təşkilatı İŞİD ölkələrin başladığı təxliyə əməliyyatlarının davam etdiyi Kabildə İŞİD bombalı hücumlar həyata keçirir.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: